Ölkə futbolu

“Keşlə”nin zədəliləri sıraya döndü

21.01.2020 , 17:16

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Keşlə” bu gün növbəti məşqinə çıxıb.

Korner.az xəbər verir ki, bir müddət əvvəl zədə alan Stanislav Namaşko və Vüsal İsgəndərli də artıq komanda ilə məşqlərə başlayıblar.

Paytaxt klubu sabah yoxlama görüşündə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq.

Son yazılar

Yuxarı