Topaz Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə”nin qonağı olacaq “Keşlə” oyuna itki ilə çıxacaq
Fuad Bayramov qarşıdakı görüşü buraxacaq. Ötən tur “Sumqayıt”la matçda sarı vərəqə alan yarımmüdafiəçi cəzalı duruma düşüb.
Antalya toplanışı zamanı zədələnən yeni transfer Pablo Podio isə artıq komanda ilə məşqlərdə iştirak edir. Ancaq onun qarşıdakı turdsa meydana çıxıb-çıxmayacağı bilinmir. Digər yarımmüdafiəçi Aqşin Quluzadə də zədəsini tam sağaldıb.
Qeyd edək ki, “Zirə” – “Keşlə” oyunu martın 4-ü, saat 18:00-da keçiriləcək.
qol.az
