“Keşlə”nin yeni transferi təsdiqlədi: “Bəli, linza ilə oynayıram”
12.08.2018 , 18:29

“Keşlə”nin yeni transferi Miloş Bosançiç görmə qabiliyyətində qüsur olması barədə yazılanları təsdiqləyib.
O, linza taxdığını etiraf edib: “Düzdü, mən linza ilə oynayıram. Amma bu, mənim üçün problem deyil. Çünki dünyada bir çox belə futbolçu var. Onlar da linza ilə oynayırlar”.
Görmə qüsuru olan, bu problemdən əziyyət çəkdiyi meydanda da hiss olunan yarımmüdafiəçinin “Keşlə”yə necə yardım edəcəyi müəmmalıdır. Klub rəhbərliyinin onun tibbi müayinəsinin nəticələrinə diqqət yetirib-yetirmədiyi bilinmir (futbolinfo.az)
