“Keşlə”nin yeni baş məşqçisinin adı bəlli oldu
30.10.2018 , 09:12

“Keşlə” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Serbiyalı Mladen Milinkoviçlə yollarını ayıran paytaxt təmsilçisi yerli mütəxəssisə tapşırılacaq.
Tərlan Əhmədovla razılıq əldə olunub. Bu gün klubdaxili iclas keçiriləcək və Əhmədov komandaya təqdim olunacaq. Mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanacaq.
Əhmədov hələ ukraynalı Yuri Maksimov istefaya göndərildikdən sonra klubun “sükanı arxasına” keçməyə namizədlərdən biri olub. Lakin son anda razılıq əldə olunmayıb.
Qeyd edək ki, təcrübəli mütəxəssisin son iş yeri “Neftçi” olub.
Mənbə: Futbol11.az
