“Keşlə”nin yeni baş məşqçisi məlum oldu
25.07.2018 , 18:02

Yuri Maksimovun istefasından sonra “Keşlə” baş məşqçi axtarışlarını davam etdirirdi.
Komandanın yeni baş məşqçisi artıq bəlli olub. Paytaxt klubunun “sükanı arxası”na serbiyalı Mladen Milinkoviç keçib. 50 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Serbiyalı mütəxəssisin son iş yeri Albaniyanın “Kukesi” klubu olub.
