Ölkə futbolu

“Keşlə”nin yeni baş məşqçisi açıqlandı – rəsmi

25.01.2021 , 11:39

“Keşlə” klubunun yeni baş məşqçisi məlum olub.

Korner.az xəbər verir ki, Bakı təmsilçisinin “sükan”ı Sənan Qurbanova tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sənan Qurbanov buna qədər 2018-2019-cu illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

“Keşlə”də dünən komandanın çalışdırıcısı Yunis Hüseynov istefa vermişdi.

Son yazılar

Yuxarı