“Keşlə”nin üçüncü sınağı
23.01.2019 , 10:12

Mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Keşlə” qardaş ölkədə növbəti yoxlama matçına çıxacaq.
Paytaxt təmsilçisi 3-cü sınağında Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşacaq. Premyer Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq və “Starlight Resort Hotel”inin meydançasında oynanılacaq.
Qeyd edək ki, bundan əvvəl Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın “Dinamo” (Vranye) klubuna 0:2 hesabı ilə uduzan “Keşlə” Antalyada sonuncu oyununu Rusiya “Çertoanovo”suna qarşı keçirəcək.
Yoxlama oyunu
23 yanvar
17:00. “Keşlə” (Azərbaycan) – “Atırau” (Qazaxıstan)
