“Keşlə”nin Tərlan Əhmədovla ilk məşqi
31.10.2018 , 11:21

“Keşlə” Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “Qarabağ”la oyunun hazırlıqlarını başa vurub.
Paytaxt təmsilçisi yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi ilə oyunun keçiriləcəyi “ASK Arena”da oyun öncəsi son məşqinə çıxıb.
Qeyd edək ki, bu gün keçiriləcək “Keşlə” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.
