“Keşlə”nin son oyununun vaxtı açıqlandı
23.01.2020 , 23:16

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Keşlə”nin son yoxlama oyununun saatı bəlli olub.
Korner.az xəbər verir ki, sabah Slovakiyanın “Zemplin” klubu ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, Tərlan Əhmədovun komandası yanvarın 25-də Bakıya qayıdacaq və mövsümün ikinci yarısına hazırlığını davam etdirəcək.
