“Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda
15.11.2019 , 17:09
“Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri məlum olub.
Korner.az xəbər verir ki, mütəxəssis “Vorskla” komandasını çalışdıracaq. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. O, bu postda Vitali Kosovskini əvəzləyib.
Yuri Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb və bu komanda ilə Azərbaycan kubokunun qalibi olub.
