“Keşlə”nin qış hazırlığı: üç rəqib məlum oldu
26.12.2018 , 09:17

“Keşlə”nin qış hazırlıq planı açıqlanıb.
Tərlan Əhmədovun kollektivi hazırlığa Bakı şəhərində start verəcək. İkinci mərhələdə “ağ-qırmızılar” Türkiyənin Antalya mahalına yollanacaq. Yanvarın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi yanvarın 26-na kimi davam edəcək.
Türkiyə toplanışı çərçivəsində “Keşlə” dörd yoxlama oyunu keçirməyi planlaşdırır.
Oyunların siyahısı aşağıdakı kimidir:
17.01.2019. Keşlə Okjetpes (Qazaxıstan,1-ci liqa)
23.01.2019. Keşlə – Konkordiya (Rumıniya, 1-ci liqa)
25.01.2019. Keşlə – Çertanovo (Rusiya, Moskva, MFL)
Paytaxt təmsilçisi yanvarın 20-də də oyun keçirməyi planlaşdırır. Lakin rəqibin adı məlum deyil.”Keşlə”nin qış hazırlıq planı açıqlanıb.
