“Keşlə”nin oyununun yeri dəyişdirildi
08.07.2018 , 14:10

“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” klubuna qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatı dəyişdirilib.
Qarşılaşma iyulun 12-də Ta Qalidəki “Çentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda keçiriləcək.
