“Keşlə”nin oyunu gürcülərə tapşırıldı
17.08.2020 , 18:16

Avropa Liqasının təsnifat mərhələsində keçiriləcək “Keşlə” – “Laçi” (Albaniya) matçının hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü gürcüstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona David Qabisonia və David Axvlediani kömək edəcəklər. Dördüncü hakim funksiyasını İrakli Kvirikaşvili yerinə yetirəcək.
Avqustun 27də “ASK Arena”da keçiriləcək qarşılaşmanın start fiti 21:00-da səslənəcək.
