“Keşlə”nin oyunu canlı yayımda
17.01.2020 , 15:54

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Korner.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Almaniyanın III Bundesliqa təmsilçisi “Zvikau” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə 17:00-da başlayacaq matçı Peşəkar Futbol Liqasının “YouTube” kanalı canlı yayımlayacaq.
