Ölkə futbolu

“Keşlə”nin məşqçisi cəzalandırıldı

10.03.2021 , 16:13

AFFA İntizam Komitəsinin iclası keçirilib. Aparılan müzakirələrdən sonra Premyer Liqanın XIX turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Korner.az xəbər verir ki, “Neftçi” – “Keşlə” matçının 61-ci dəqiqəsində qonaq komandanın köməkçi məşqçisi Azər Bağırov oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Səbail” oyununda “Qəbələ”nin futbolçusu Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Matçın 67-ci dəqiqəsində “Səbail”in 20 nömrəli futbolçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə edilib.

Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

Son yazılar

Yuxarı