“Keşlə”nin legioneri yığmada 90 dəqiqə oynadı
21.11.2018 , 17:48

“Keşlə”nin futbolçusu Edvinas Girdvainis Litva millisində növbəti oyununa çıxıb.
25 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə Serbiya ilə keçirilən görüşdə 90 dəqiqə meydanda olub. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
C Liqasının 4-cü qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar – 1:4.
Qeyd edək ki, qrupda Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.
