“Keşlə”nin futbolçusu müqavilə imzalamaq üçün Azərbaycanı tərk etdi
03.08.2018 , 13:07

Sezar Meza Kollinin “Keşlə”dən ayrılması haqda xəbər vermişdik.
Rumıniyanın “Universitatya Krayova” klubu ilə anlaşan paraqvaylı yarımmüdafiəçi adıçəkilən ölkəyə yola düşüb. Onun transferi 48 saat ərzində rəsmiləşəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində “Çezena”, “Alaves”, “Pavia” və “Zirə” kimi komandalarda forma geyinib.
