“Keşlə”nin Türkiyənin Antalya şəhərində qış toplanışı davam edir.
Səhər məşqində komanda iki hissəyə ayrılaraq tennisbol oynayıb. Hazırlıq planına uyğun olaraq “Keşlə” axşam da məşqə çıxacaq.
Sabah komanda toplanış çərçivəsində ilk yoxlama matçını keçirəcək. Rəqib Makodeniyanın “Rabotniçki” klubu olacaq.
