“Keşlə”nin evinə yeni ad
20.07.2018 , 21:33

“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “İnter Arena”nın adı dəyişdirilib
Stadiona “ASK Arena” (“Azərbaycan Sənaye Korporasiyası”) adı verilib.
Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” stadionu adlandırılıb. Stadiona daha sonra “İnter” (hazırkı “Keşlə”) klubunun adına uyğun olaraq “İnter Arena” adı verilib.
