Futbol

“Keşlə”nin Avroliqa matçı neytral meydanda keçirilə bilər

11.08.2020 , 13:33

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” – “Laçi” (Albaniya) matçı neytral meydanda keçirilə bilər.

Bu barədə “Laçi”nin idman direktoru Naim Halili yerli mətbuata açıqlamasında deyib. O, qarşılaşmanın koronavirus pandemiyasına görə neytral meydanda keçirilə biləcəyini bildirib:

“Koronavirus pandemiyasına görə qarşılaşmanın Azərbaycanda oynanılıb-oynanılmayacağını bilmirik, Kiprdə və ya İspaniyada da oynaya bilərik. Yaxın günlərdə bu məsələyə də aydınlıq gələcək ondan sonra səyahət olunacaq yer müəyyənləşəcək”.

“Keşlə” – “Laçi” matçı avqustun 27-də Bakıda keçirilməlidir.

Son yazılar

Yuxarı