“Keşlə” “Arsenal”a məğlub oldu
22.01.2020 , 19:52

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Tərlan Əhmədovun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.
“Keşlə” Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Zvikkau” klubuna 1:4 hesabı ilə uduzub.
Yoxlama oyunu
22 yanvar
18:00 “Keşlə” – “Arsenal” (Tula, Rusiya) – 1:2
Qol: Aleksandr Kristavao, 70.
