“Keşlə”nin Antalyda son oyunu
25.01.2019 , 09:57

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” bu gün son yoxlama matçını keçirəcək.
Rəqib Rusiya I Divizionunda çıxış edən “Çertanovo” olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, “Keşlə” bundan əvvəlki yoxlama matçlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Serbiyanın “Dinamo”suna (Vranye) 0:2, Qazaxıstan “Atırau”suna 1:3 hesabı ilə uduzub.
25 yanvar
13:00. “Keşlə” – “Çertanovo” (Rusiya)
