“Keşlə” Slovakiya klubu ilə heç-heçə etdi
24.01.2020 , 17:30

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Keşlə” bu gün son yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Slovakiyanın “Zemplin” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, “Keşlə” ilk oyunda Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4, ikinci matçda isə Rusiya “Arsenal”ına 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
13:00.”Keşlə” – “Zemplin” (Slovakiya) – 1:1
Qol: Aleksandr Kristavao, 8
