“Keşlə”nin Antalyada 5-ci günü
16.01.2020 , 17:30

“Keşlə”nin Antalya toplanışı davam edir.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi bu günü bir məşqlə başa vurub.
Hazırlığın beşinci günündə, yerli vaxtla saat 11:00-da başlayan məşq 1,5 saat davam edib.
Qeyd edək ki, “Keşlə” yanvarın 17-də Almaniyanın “Zviçkau”, 22-də Rusiyanın “Arsenal” (Tula), 24-də isə Slovakiyanın “Zemplin” klubu ilə qarşılaşacaq.
