“Keşlə”ni rədd etdi, Qazaxıstan klubuna üz tutdu
11.01.2019 , 11:06

Litvanın “Jalgiris” klubundan ayrılan Jeremi Manzorro “Keşlə”dən transfer təklifi alsa da, rədd cavabı verib.
Fransalı hücumameyilli yarımmüdafiəçi paytaxt klubundan olduqca yüksək əmək haqqı tələb edib.”Ağ-qırmızılar” isə 27 yaşlı futbolçuya bu məbləği ödəyə bilməyib. Manzorro bu səbəbdən də “Keşlə”də aşağı maaşa oynamağa razı olmayıb. O, Qazaxıstanın “İrtış” klubuna keçib.
Qeyd edək ki, Manzorro ölkəsində “Reims” və “Bur-an-Bress”də çıxış edib. O, Bolqarıstanın “Çernomorets” və “Slaviya” (Sofiya), İranın “Paykan” (Tehran), Litvanın “Suduva” və “Jalgiris” klublarında çıxış edib.
