Ölkə futbolu

“Keşlə”dən yeni transfer

13.01.2022 , 15:32

“Keşlə” klubu qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib.

Korner.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb.

29 yaşlı oyunçu cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək.

Qeyd edək ki, Franko Flores 2019/2020 mövsümündə də paytaxt təmsilçisində çıxış edib. Klub daha əvvəl “Neftçi”dən Fəhmin Muradbəylini icarəyə götürüb.

Son yazılar

Yuxarı