“Keşlə”dən yeni transfer – Rəsmi
06.01.2021 , 17:42

“Keşlə” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Nicat Qurbanovla müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilin sonuna qədər paytaxt təmsilçisinin formasını geyinəcək.
Nicat Qurbanov karyerası ərzində “Simurq”, “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz”, “Sumqayıt” və son olaraq Gürcüstanda “Samtrediya” klubunda çıxış edib.
