“Keşlə”dən qələbə
16.11.2019 , 18:43

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədə “Keşlə” yoxlama görüşü keçirib.
Korner.az xəbər verir ki, paytaxt klubu Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
Görüş “Keşlə”nin 4:0 hesablı qələbəsi ilə bitib.
“Keşlə”nin heyətində qolları Emin Mehtiyev, Franko Flores, Pərviz Azadov və Xəzər Mahmudov vurublar.
