“Keşlə”dən növbəti transfer – RƏSMİ
17.01.2020 , 15:16

“Keşlə” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.
26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanda “Al-Mojzel” olub.
