“Keşlə”dən darmadağın
19.11.2018 , 10:25

Milli komandaların yoxlama oyunları ilə əlaqədar fasilədən istifadə edən “Keşlə” bu gün yoxlama matçı keçirib.
Sözügedən komanda Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
“ASK Arena”da baş tutan oyun 5:1 hesabı ilə “Keşlə”nin xeyrinə başa çatıb. Elita təmsilçisinin heyətində Samir Məsimov, Elmir Rəhimzadə, Andre Klennon, Tərlan Quliyev və Bahodir Nəsimov fərqləniblər.
