“Keşlə”dən ayrıldı
28.05.2021 , 15:27

“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli komandadan ayrılıb.
Korner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. O, hər şeyə görə “Keşlə”yə təşəkkür edib.
Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən “Keşlə”də çıxış edirdi.
