“Keşlə”də yeni yarımmüdafiəçi
03.02.2022 , 15:59

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi britaniyalı yarımmüdafiəçi Natan Oduva ilə müqavilə imzalayıb. 26 yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.
Oduvanın son klubu İrlandiya “Dandolk”u olub.
