“Keşlə”də yeni müqavilələr
22.06.2020 , 20:46

“Keşlə” dörd futbolçusunun müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanov daha bir il bu komandanın uğurları üçün çalışacaq. Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.
“Keşlə” daha öncə Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollarını ayırdığını açıqlamışdı.
