“Keşlə”də yeni məşqçi
26.01.2021 , 19:56

“Keşlə”nin məşqçilər korpusunda dəyişiklik olub.
Korner.az xəbər verir ki, yeni baş məşqçi Sənan Qurbanov həmkarı Azər Bağırovu özünə köməkçi gətirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Azər Bağırov buna qədər “Qəbələ”, “Turan Tovuz” və MOİK klublarında da çalışıb.
