“Keşlə”də yeni futbolçu
09.01.2019 , 12:29

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” heyətinə daha bir futbolçu cəlb edib.
Klubdan Qol.az-a verilən məlumata görə, “Neftçi”nin sabiq futbolçusu Emin Mehtiyev komandada baxışdadır. 27 yaşlı yarımmüdafiəçinin çıxışı baş məşqçi Tərlan Əhmədovu qane etsə, onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, E.Mehtiyev “Sumqayıt”, “Səbail” və “Qaradağ Lökbatan”da da oynayıb.
Əlavə edək ki, “Keşlə” bunadək Vüsal İsgəndərli və Con Kamaranı transfer edib
