Futbol

“Keşlə”də yeni futbolçu

17.06.2019 , 15:59

“Keşlə” növbəti transfer həyata keçirib.

Korner.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı futbolçu Franko Valentin Floresi heyətinə qatıb.

Bu gün klub rəhbərliyi ilə futbolçu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müdafiəçi mövqeyində çıxış edən və son iş yeri Kiprin “Alki Oroklini” klubu olan Floreslə imzalanmış müqavilənin müddəti 1 ildir.

Son yazılar

Yuxarı