“Keşlə” baş məşqçini dəyişir.
Klubun Müşahidə Şurasının sədri Zaur Axundov Qol.az-a bildirib ki, ukraynalı mütəxəssis Yuri Maksimov mövsümün sonuna qədər komandanı çalışdıracaq. Ramiz Məmmədov isə əvvəlki – əvəzedicilərlə iş üzrə koordinator vəzifəsinə qaytarılacaq.
49 yaşlı Y.Maksimovla gələn həftə müqavilə imzalanacağı gözlənilir. Ukraynalı mütəxəssisin qarşısına Avropa Liqasına vəsiqə qazanmaq tapşırığı qoyulacaq.
Qeyd edək ki, Y.Maksimov müxtəlif vaxtlarda “Dinamo” (Minsk), Ukraynanın MOİK, “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), Rusiyanın “Mordoviya” komandalarını çalışdırıb. Onun son iş yeri Qazaxıstan “Taraz” komandası olub.
Əlavə edək ki, Y.Maksimovun rəhbərliyi altında “Mordoviya” 2013-2014 mövsümündə Rusiya I divizionunun çempionu kimi Premyer Liqaya vəsiqə qazanıb.
