“Keşlə”də üç yeni müqavilə
08.06.2021 , 16:25

“Keşlə” futbolçusu Azər Salahlı ilə müqavilənin müddətini uzadıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı müdafiəçisi daha 1 il paytaxt təmsilçisinin formasını geyinəcək.
Bundan başqa, “Neftçi”dən icarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə 1 illik yeni sözləşmə imzalanıb.
