“Keşlə” daha bir futbolçusu ilə yolları ayırıb
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.
Paytaxt klubu Elnur Abdullayev və İlkin Qırtımovdan sonra Samir Zərgərovla da vidalaşıb. Mətbuat katibi bu gün futbolçu ilə yolları rəsmən ayırdıqlarını bildirib.
Zərgərovun yeni komandası da böyük ölçüdə müəyyənləşib. Samir qış fasiləsindən sonra karyerasını çox güman ki, “Kəpəz”də davam etdirəcək.
apasport.az
