Futbol

“Keşlə”də növbəti ayrılıq

13.01.2021 , 10:56

“Keşlə” daha bir legioneri ilə yolları ayırıb.

Korner.az-ın məlumatına görə, bu Dmitri Klotsdu. Bu barədə Ukraynanın footboom.com saytı xəbər yayıb. Bildirilir ki, paytaxt klubu ukraynalı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Onun “Keşlə” ilə mövsümün sonuna qədər sözləşməsi var idi.

Qeyd edək ki, Klots ötən ilin yayından “Keşlə”də çıxış edirdi.

Son yazılar

Yuxarı