“Keşlə”də maaş problemi
07.02.2019 , 11:14

Uğursuz mövsüm keçirən “Keşlə”də maaş problemi var. Komandanın üzvləri iki aylıq məvaciblərinə həsrət qalıblar.
Komandanın üzvləri ötən gün bir ayın əmək haqqını alıblar. Lakin onlara son iki ayın maaşları ödənilməyib.
Qeyd edək ki, “Keşlə” Premyer Liqada 15 turdan sonra 12 xalla 7-ci yerdədir.
Mənbə: Futbol11.az
