“Keşlə”də iki rəsmi transfer
08.02.2019 , 21:04

“Keşlə” qış transfer pəncərəsinin sonuncu günündə heyətinə daha iki futbolçu cəlb edib.
Bakı təmsilçisi venesuelalı Louis Angelo Pena və ukraynalı Valeri Kutsenko ilə müqavilə imzalayıb. Venesuelalı yarımmüdafiəçi il yarımlıq müddətədək, ukraynalı yarımmüdafiəçi isə mövsümün sonunadək “Keşlə”nin uğurları üçün çalışacaq.
