“Keşlə”də daha bir transfer
22.07.2019 , 19:52

“Keşlə” növbəti transferini reallaşdırıb.
Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki,Bakı təmsilçisi sabiq futbolçusu Sezar Meza Kollini heyətinə qatıb.Futbolçu Rumıniyanın “Universitatya Krayova” klubundan 1 illik icarə əsasında götürülüb.
Xatırladaq ki,Sezar Meza Kolli 2017-2018 mövsümünün ikinci yarısında “Keşlə”də çıxış edib.
