“Keşlə” yoldaşlıq oyunu keçirəcək
06.09.2019 , 17:39

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Keşlə” yoldaşlıq oyunu keçirəcək.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi sentyabrın 7-də saat 16:30-da I Divizion təmsilçisi “Qaradağ Lökbatan” klubu ilə qarşılaşacaq.
Oyun Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutacaq.
