“Keşlə” və “Sabah”ın legionerləri milliyə çağırıldı
31.10.2020 , 17:00

Modova millisinin noyabrda keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Engin Fırat 28 futbolçuya dəvət göndərib.
Yığmaya çağırılan oyunçular sırasında “Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçuka da yer alıb.
Qeyd edək ki, Moldova yığması noyabrın 12-də Rusiya ilə yoldaşlıq görüşündə 15-də və 18-də isə Millətlər Liqasında müvafiq olaraq Yunanıstan və Kosovo ilə qarşılaşacaq.
