“Keşlə”də baxışda olan futbolçulardan birinin taleyinə aydınlıq gəlib
Ukraynalı futbolçu Anton Postupalenko ilə bağlı qərar verilib.
“Keşlə”nin baş məşqçisi Yuri Maksimov həmyerlisinin məşqlərdəki çıxışından razı qalmayıb. Buna görə də, Postupalenkoya ehtiyac duyulmayıb. Komandanın düşərgəsindən ayrılan futbolçu ölkəsinə yola salınıb.
Qeyd edək ki, bu vaxta qədər yalnız ölkəsində oynamış Anton Postupalenko “Metallist”, “Zakarpatye”, “Stal”, “Metallurq” (Donetsk) və “Olimpik” (Donetsk) klublarının formasını geyinib. O, Ukraynanın U-19 və U-21 yığmalarının da şərəfini qoruyub.
