“Keşlə” üçün Superliqa təmsilçisi
30.07.2019 , 15:10

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Keşlə”nin ikinci rəqibi də müəyyənləşib. Korner.az xəbər verir ki, Tərlan Əhmədovun komandası son Türkiyə Superliqasında 11-ci yeri tutmuş “Çanakkale Rizespor”la üz-üzə gələcək.
Paytaxt təmsilçisinin qarşılaşması Topuk Yaylası bölgəsində baş tutacaq.
Qeyd edək ki, həmyerlilərimizin ilk sınağı iyulun 31-də Türkiyənin digər təmsilçisi “Osmanlıspor”a qarşı olacaq.
