“Keşlə” Türkiyəyə getdi – rəqiblər bəllidir
28.06.2018 , 10:15

Bakı toplanışını başa vuran “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlıqlarını davam etdirmək məqsədilə Türkiyənin Kızılcahamam vilayətinə gedib.
Patalya hotelində məskunlaşan komanda səhər məşqə çıxacaq. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını iyun ayının 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenica” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
İkinci yoxlama matçındakı rəqibi “Levadia” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.
Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə paytaxt təmsilçisi İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı hələlik bəlli deyil.
