Növbəti mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcək "Keşlə" Türkiyədə təlim-məşq toplanışı edəcək. Azərbaycan kubokunun son qalibi növbəti mövsümün hazırlıqlarını ölkə xaricində keçirəcək.
Klubun mətbuat xidmətinin korner.az-a verdiyi məlumata görə, komanda iyun ayının 20-də toplaşacaq. Təlim-məşq toplanışı isə iyunun 23-dən, iyulun 6-dək keçiriləcək.
Toplanışın Türkiyənin paytaxtı Ankaraya yaxın şəhərlərin (Bolu və ya Kızılcahamam) birində keçirilməsi nəzərdə tutulub.
