“Keşlə” Tərlan Əhmədovla yolları ayırdı – Rəsmi
08.08.2020 , 16:07

“Keşlə” baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu qərar klubun Müşahidə Şurasının bu gün keçirilən iclasında verilib.
Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.
Xatırladaq ki, 49 yaşlı Əhmədov 2018-ci ilin oktyabrından komandanın baş məşqçisi idi.
